Bekhem Hollivud aktyorunu məhkəməyə verib

20:00 21.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş futbolçusu, "İnter Mayami" sahibi Devid Bekhem Hollivud aktyoru Mark Uolberqin şirkətini məhkəməyə verib.

Hafta.az xəbər verir ki, 48 yaşlı Bekhem bu yaxınlarda aktyorun fitnes brendi F45-in siması olmağa razılaşıb. Lakin sövdələşmə uğursuz olub və nəticədə sabiq futbolçu maliyyə itkisinə məruz qalıb. Bekhemin 8,5 milyon avro itirdiyi bildirilir.

"Mark Wahlberg Investment Group" (MWIG) və F45 brendinin təsisçiləri Mark Uolberqə qarşı fırıldaqçılıq iddialarının əsassız olduğunu bildiriblər. Onlar hakimdən iddianın rədd edilməsini istəyilblər.

Qeyd edək ki, bundan əvvəl qolfçu Qreq Norman da F45 idman markası haqqında fırıldaqçılığa dair iddialar səsləndirmişdi.

Oxunma sayı 106