Belarus “sürücüsüz traktor”unu təqdim etdi

09:30 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təyyarələrdən tutmuş avtobuslara qədər getdikcə geniş yayılan “pilotsuz maşınlar” indi kənd təsərrüfatı bazarına çıxmağa hazırlaşır. Belarus istehsalı olan pilotsuz traktorlar Rusiyanın Yekaterinburq şəhərində keçirilən İNNOPROM sərgisində nümayiş etdirilir.

Hafta.az-ın yazdığına görə, Minsk Traktor Zavodunda istehsal olunan traktorlar 5G-dən istifadə edərək tarlalarda istiqamət tapmaq imkanına malikdir. 359 at gücünə malik traktorlar saatda 40 kilometr sürətə çatır.

Uzunluğu 6,8 metr, eni 2,8 metr və hündürlüyü 3,2 metr olan Belarus pilotsuz traktorları qaranlıqda da işləmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, Belarus hələ Sovet dövründən traktor istehsalında həmişə “1 nömrəli” ölkə olub.