Belarusda hərbi parad keçirilir 

14:15 09.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun paytaxtı Minskdə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilir.

Hafta.az-ın məlumatına görə, paradda 2 900 nəfərə yaxın hərbçi iştirak edir.

Bundan başqa, 206 hərbi texnika mərasimə cəlb olunub. Paradda hərəkət edən kolonun ümumi uzunluğu 2 kilometrə yaxındır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Belarusda hərbi paradın təxirə salınması gündəmdə olsa da, Prezident Aleksandr Lukaşenko mərasimin keçirilməsinə qərar verib.