Bərdədə silahlı şəxs saxlanılıb 

09:21 27.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Naqan” tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.