Bərdədə üçotaqlı ev yandı

09:39 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Əliyanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.