Beşotaqlı ev yanıb

11:41 06.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.