Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

18:00 11.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 12-də gecə və səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.