Bill Qeyts koronavirusa yoluxdu 

09:52 11.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Microsoft” şirkətinin qurucusu, iş adamı Bill Qeyts koronavirusa yoluxub.

 

Hafta.az xəbər verir ki, bu barədə milyarder özünün tviter hesabında məlumat paylaşıb.

 

O, COVID-19 testinin müsbət olduğunu bildirib.

 

“Yüngül simptomlar var. Yenidən sağlam olana qədər tərcid olunub mütəxəssislərin tövsiyələrinə əməl edirəm”, - Bill Qeyts qeyd edib.