Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovaya (Alovlu) qarşı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Hafta.az-ın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, cavabdeh Ülviyyə Muradova məhkəmə proseslərinə gəlməyib. Məhkəmə bir müddət əvvəl onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarsa da, dəyişən heç nə olmayıb. Artıq məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.
Qeyd edək ki, Ülviyyə Muradova xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.