Binəqədidə yaşayış binasına bitişik tikilidə yanğın olub

22:26 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədidə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda onaltımərtəbəli yaşayış binasına bitişik ümumi sahəsi 2 m² olan tikilidə 3 ədəd qoruyucu açar və 3 paq.m elektrik naqilləri yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.