Bir heykəli qoruya bilməyən Makron hökumətinin Azərbaycanı ittiham etməsi gülüncdür - Politoloq

18:48 16.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransada Azərbaycan şairəsi, ictimai, siyasi xadim Xurşudbanu Natəvanın heykəlinə qarşı yönələn hərəkətlər erməni və onun fransız havadarlarının əsl simasının təzahürüdür. Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin bu məsələyə diqqət çəkməsi, təsadüfi deyil və dünyanın, bəşəriyyətin haqsızlığa qarşı gözünü, qulaqlarını açmasına yönəlib”.

Bunu hafta.az-a siyasi ekspert Fuad Əliyev Prezidentin Qlobal Forumda Fransa ilə bağlı çıxışı, eləcə də bu ölkədə Xurşudbanu Natavanın heykəlinə qarşı təhqiramiz hərəkətlərə diqqət çəkməsi ilə bağlı açıqlamasında bildirib:

“Daş heykəlləri, qəbirüstü abidələri güllələmək, təhqir etmək, kitabları yandırmaq faşistlərin yaxşı bildiyi mübarizə üsuludur. Tarixin 30-40-cı illər arxivini araşdırsaq, eləcə də Qarabağda son 30 ilin erməni işğalı dövründəki mənzərəyə baxsaq bu faşist izləri bir daha üzə çıxacaq".

F.Əliyev hesab edir ki, Fransada bir heykəli qoruya bilməyən Avropa dövlətinin - Makron hökumətinin durub Azərbaycanı ittiham etməsi, yaxud guya özünü bölgənin xilaskarı kimi güclü göstərməsi, haqq, müdafiəçisi, dəstəkçisi kimi ortaya çıxması gülüncdür.

“3 dəfə Ukraynaya səfər etməkdən yayınan Makron yalançı dəstəkçi iddiasından da çəkinmir. Üstəlik, yeni dünya düzənində güclənən Azərbaycan kimi dövlətin, onun liderinin gücünü qısqanır, aqressiv davranışlar sərgiləyir. Makron özünün zəifliyini, liderlik qabiliyyətinin olmadığını gizlətmək üçün Ermənistan kimi dövlətləri özünün “oyun meydançasına” çevirib. Çünki zəif, məğlub erməni separatçılarına Makron kimi zəif “liderlərlərin” yaratdığı hay-küy, gərginlik sərf edir".