Birinci rübdə regionlar üzrə ümumi məhsul buraxılışı 13 faiz artıb - Nazir 

15:48 07.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin birinci rübündə Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub.

Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

“2023-cü ilin 1-ci rübü ərzində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 13,1% (nominal qiymətlərlə) artaraq 7,5 mlrd. ₼ olmuşdur” – deyə nazir qeyd edib.