BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Azərbaycana gəlib

23:58 08.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana gəlib.

Hafta.az-ın məlumatına görə, bu barədə V.Bozkır özünün "Twitter" səhifəsində yazıb.

Sədr bildirib: "Qətərə rəsmi səfərim başa çatdıqdan sonra biz Bakıya gəldik".

V.Bozkır bildirib ki, Bakıda o Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.