Yazını böyüt
Yazını kiçilt
BMT-nin 24 nəfər əməkdaşında koronavirusa yoluxma faktı aşkarlanıb.
Hafta.az xarici mətbuata istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik açıqlama verib. Onun sözlərinə görə, BMT-də yoluxma hallarının ümumi sayı 24-dür.
Bunlardan 3-ü Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında qeydə alınıb. Binada dezinfeksiya işləri aparılıb. Diplomatlara mümkün qədər məsafədən çalışmaq və görüşləri video əlaqə vasitəsi ilə keçirmək tövsiyə edilib.