Yazını böyüt
Yazını kiçilt
Suriyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkədəki humanitar fəaliyyətlərə ziyan vurur. Bunu çərşənbə günü SANA xəbər agentliyinə şərhində BMT-nin Ərəb Respublikasındakı əlaqələndiricisi Mustafa bin əl-Malih deyib.
“Suriyaya qarşı sanksiyalar bu ölkədə həyata keçirilən humanitar fəaliyyətlərə zərbə vurmaqla yanaşı, zəlzələdən zərər çəkənlərə milyonlarla dollarlıq maddi yardımın axınına da mane olur.