Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır

16:59 24.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən peşə hazırlığı mərkəzləri şəbəkəsinin respublikamızın regionları üzrə genişləndirilməsi işləri bu il daha üç rayonda davam etdiriləcək.

ƏƏSMN-dən hafta.az-a verilən məlumata görə, nazirliyin 2020-ci il üzrə planına əsasən, Bərdə, Quba və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.

Peşə hazırlığı şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi işləri çərçivəsində ötən il nazirlik Gəncə şəhərində də Peşə Hazırlığı Mərkəzini istifadəyə verib. İl ərzində həmin mərkəzdə Gəncə şəhəri və ətraf rayonlar üzrə 900 nəfərin peşə hazırlığının təşkili nəzərdə tutulur.

Xatırladaq ki, son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 3200-ə yaxın işsiz və işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb edilib. Cari ildə bu rəqəmin 5 minə çatdırılması planlaşdırılıb.

Sosial rubrikasından digər xəbərlər