“Top Gun: Maverick”lə böyük uğur qazanan rejissor Cozef Kosinski və prodüser Cerri Brukhaymer yeni F1 layihəsi üçün CinemaCon səhnəsinə qayıdıblar. “Warner Bros.” və “Apple” şirkətləri ilə birgə reallaşdırılan filmdə Bred Pitt, Damson İdris və Javier Bardem kimi ulduzlar bir araya gəlir.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, prodüser Cerri Bruçheymer F1-in yay aylarının ən böyük kino təcrübəsi olacağını iddia edərək, filmdə hərəkət, romantika və yumorun birlikdə təqdim ediləcəyini vurğulayıb. Rejissor Kosinski isə filmdə Pittin əslində saatda 290 km sürətlə sürdüyünü ifadə edərək aktyorun performansını yüksək qiymətləndirib.
Filmin ilk 10 dəqiqəsi də CinemaCon-da tamaşaçılara nümayiş etdirilib. Bred Pittin təqaüddən qayıdan keçmiş Formula 1 pilotu Sonni Hayes kimi göründüyü səhnədə bir anda "Mənə sürməyə icazə ver, tamammı?" dediyini eşitmək olar.
Film 25 iyunda kinoteatrlarda və IMAX formatında Warner Bros tərəfindən yayımlanacaq. Rollarda Kerri Kondon və Tobias Menzies kimi adlar da var.
Hekayə Bardemin oynadığı komandanın sahibi Pittin canlandırdığı Sonnidən gənc və istedadlı sürücü yetişdirməyi xahiş etdikdə inkişaf edir.
Filmin ssenarisini “Top Gun: Maverick”in də müəllifi olan Ehren Kruqer yazır və prodüser heyətinə Pitt, Kosinski, Bruçheymer, F1 əfsanəsi Lyuis Hamilton, Dede Qardner, Ceremi Kleyner və Çad Oman daxildir.
Keçən ay keçirilən mətbuat tədbirində Kosinski Bred Pittin təbii sürücülük qabiliyyətinə malik olduğunu və bunun Lyuis Həmiltona böyük inam verdiyini söyləyib.