Böyük Britaniya Bankının baş iqtisadçısı Huv Pill bildirib ki, britaniyalı ailələr inflyasiya artdıqdan sonra indi daha yoxsul olduqlarını qəbul etməli və artım tələb etməyi dayandırmalıdırlar.
Hafta.az-ın "The Telegraph"a istinadən yazdığına görə, bahalaşmanın bütün ölkəni yoxsullaşdırdığını deyən Pill, maaşların artırılmasının ancaq əziyyəti uzatdığını bildirib.
Pillin açıqlamaları ilə yanaşı başqa bir Federal Ehtiyat rəsmisi bankın faiz dərəcələri üzərində sürətlə hərəkət etsə belə, inflyasiyanı cilovlamaq səlahiyyətinin olmadığına dair fikirlər söyləyib.
"İnsanlar getdikcə yoxsullaşdıqlarını qəbul etməli və xərcləmə güclərini saxlamağa çalışmaqdan əl çəkməlidirlər" deyən Pill bildirib ki, daha yüksək əməkhaqqı tələbi yalnız qiymətləri yüksəldir və nəticədə inflyasiyaya səbəb olur.
Bu yerdə qeyd edək ki, Böyük Britaniyada mart ayı inflyasiyası Mərkəzi Bankın 2 faiz hədəfinə baxmayaraq, yüzdə 10,1 olaraq ölçüldü. Maaşlar isə son 3 ayda 6,6 faiz artıb.
Pillin şərhləri bir müddətdir ki, maaşların artırılmasını tələb edərək tətillərlə hədələyən həmkarlar ittifaqlarının reaksiyasına səbəb olub. Demək olar ki, bütün sənaye sektorlarında fəaliyyət göstərən GMB Syndicate-dən Laurence Turner deyib: "Ən yüksək maaş alan dövlət qulluqçularından birinin işçilərə yoxsulluğu qəbul etmələrini söyləməsi inanılmaz dərəcədə axmaqlıqdır".
Həmkarlar İttifaqları Konqresinin baş katibi Paul Novak deyib ki, işçilərin məsləhətə yox, maaşlarının artırılmasına ehtiyac var.
Kiçik Biznes Federasiyasından Tina McKenzie deyib: "Pillin cahil şərhləri inflyasiya ilə mübarizə aparan kiçik müəssisələri haqlı olaraq qəzəbləndirəcək".
"Panmure Gordon" investisiya firmasının baş iqtisadçısı Simon Frenç, artım və qiymətlərin yüksəlməsi riskini qəbul etsə də, Pillə "danışmazdan əvvəl düşünməyi" tövsiyə edib.