İstər Moskva, istər Çexiya, istər Brüssel olsun, bizim maraqlarımız harda təmin olunursa, proses orda getməlidir.
Bu fikirləri hafta.az-a siyasi şərhçi Teymur Qasımlı deyib:
“Bu gün biz Rusiya -Ukrayna müharibəsindən düzgün istifadə etməliyik. Bu bizim Qarabağdakı problemlərin həlli üçün bir cığır, bir yoldur. Bu yolu düzgün getməliyik və düşünürəm ki, gedirik. Əgər öhdəlikləri Moskva yerinə yetirmirsə, deməli Brüsselə gedirik. Xatırlayırsınızsa, axırıncı görüşdə deyilirdi ki, Brüsseldən qabaq görüş Soçidə olacaq. Amma Azərbaycan bunu qəbul eləməyib. Ümumiyyətlə, Ermənistanla Rusiya götürdüyü öhdəliklərin heç birini yerinə yetirmir. Münaqişənin bitməsini istəmir. Ona görə də bu gün Brüssel, Praqa formatı bizim üçün uğurdur. Azərbaycan dövlətinin Avropa liderlər zirvəsində iştirakı da bizim uğrumuzdur. Hətta Avropa ilə çox pis münasibətlərdə olan Ərdoğanın da Zirvəyə çağırması da uğurdur”.