Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçiriləcək.
Hafta.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Komandalar arasında Şamaxıda keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 5-də reallaşacaq. Kubokun ilk yarımfinalçısı “Zirə” olub.