Bu gün nə qədər vaksin vurulub?

18:15 07.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 497 vaksin vurulub.

Hafta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 588, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 519-dur.