Bu güzəştlər dövlət büdcəsinə 10 milyon manata başa gələcək

13:05 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı söyləyib.

“Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyektlərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanunda nəzərdə tutulan vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”, - deyə deputat diqqətə çatdırıb.

Oxunma sayı 227