Bu il 8 qatar tərkibi təmirə göndəriləcək - Metropoliten

14:07 01.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metropoliteni tərəfindən bu il 8 qatar cari təmirə göndəriləcək.

Hafta.az xəbər verir ki, bunu açıqlamasında Bakı metropoliteninin Depolarla iş Departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, qatarlardan 4-ü 3-cü dərəcəli cari təmirə göndəriləcək, həmin qatarlar 560 min kilometr yürüş edib. 240 kilometr hərəkət edən daha 4 qatar tərkibi isə ikinci dərəcəli təmirə cəlb ediləcək. Bu il qatarlardan əsaslı təmirə göndərilən olmayacaq.