Bu marşrutun hərəkət sxemi dəyişdirilir

17:50 29.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

Bu barədə hafta.az-a AYNA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.