Bu gün 5 güləşçimiz mübarizəyə başlayır

10:40 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.

Hafta.az xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən Qurban Məcnunov (55 kiloqram), Orxan Həbibli (65 kiloqram), İsfahan Həsənov (80 kiloqram) və Emin Baxşəliyev (110 kiloqram) başlayacaq.

48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.