Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək

12:54 07.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

 

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.