Bu tələbələr "Texnofest 2025"in qalibi oldular

22:29 03.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Respublikasında keçirilən “Texnofest-2025”də Azərbaycanl təmsil edən "Qızıl Qaya" komandası birinci yerə layiq görülüb.

Hafta.az Report-a istinadən xəbər verir ki, Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

"Qızıl qaya" komandası turizm kateqoriyasında birinci yeri tutub.

Qeyd edək ki, 11-ci “Texnofest-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.