Bugünkü valyuta hərracında 26,3 milyon dollar satılıb

13:35 16.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16 may 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan hafta.az-a verilən məlumata görə, hərracda tələb 26,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.