Bugünkü valyuta hərracında banklar 27 mln. dollar cəlb edib

14:52 18.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən hafta.az-a verilən xəbərə görə, hərracda tələb 26,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 12,9% və ya 4 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.