Bugünkü valyuta hərracında tələb 40,7 milyon dollar olub

15:37 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 11-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən hafta.az-a bildirilib ki, hərracda tələb 40,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.