Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb - Müdafiə Nazirliyi

19:27 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Müdafiə Nazirliyindən (MN) hafta.az-a verilən xəbərə görə, müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.