Cəlilabadda 14 yaşlı yeniyetmənin cəsədi tapılıb

20:48 10.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb. 

Hafta.az xəbər verir ki,  hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Belə ki, meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aid olduğu məlum olub. İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi var.

Onun ölümünün qətl və ya bədbəxt hadisə olması hələlik məlum deyil. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./unikal/