Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur - Hikmət Hacıyev

17:32 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə alovlanmalar baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur. Bəzi ölkələrdə yenidən sərhədlər bağlanır.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə vəziyyət nəzarətdə saxlanılır və müsbət dinamika müşahidə olunur:

"Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir.

Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq".

Oxunma sayı 1136