Cənubi Koreya nüvə silahı ilə hədələdi

17:33 12.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident Yun Seok-yeol bildirib ki, KXDR ilə vəziyyət pisləşərsə, Cənubi Koreya öz ərazisində xarici nüvə silahlarını yerləşdirə və ya özünün nüvə silahını inkişaf etdirə bilər.

Cənubi Koreyanın “Newsis” agentliyinin məlumatına görə, siyasətçi bu barədə Cənubi Koreyanın müdafiə və xarici işlər nazirləri ilə görüşündə bildirib. Nazirlərin məruzələrini dinlədikdən sonra prezident elə bir hərbi güc verməyi tapşırıb ki, Seula hücum olarsa, “100, hətta 1000 qat ölçüdə” cavab verilsin.

“Şimali Koreyanın nüvə məsələsi daha ciddi olarsa, biz Cənubi Koreyada taktiki nüvə silahı yerləşdirə və ya öz nüvə silahlarımızı inkişaf etdirə bilərik”, - deyə o, “real variantları” seçməyin vacib olduğunu vurğulayıb.