Cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

09:39 21.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.