Yazını böyüt
Yazını kiçilt
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfərə gəlmiş Qətər Dövlətinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tanini qəbul edib.
Hafta.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.
Qeyd edək ki, Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir