Çin Dalyan körfəzində İstanbul tunelinin eynisini tikdi

13:25 04.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin, İstanbul Boğazının altında inşa edilən Avrasiya Tunelinə bənzər bir tunel inşa edərək nəqliyyatın hərəkəti üçün açıb.

Hafta.az-ın yazdığına görə, Çinin şimal-şərqindəki Liaoning əyalətinin Dalyan sahil şəhərində bu həftənin əvvəlində dənizaltı tunel magistralının açılışı olub. Hər biri üç zolaqlı ikitərəfli ekspress yoldan ibarət tunel Dalyan körfəzində yerləşir.

Tunelin eynilə Avrasiya Tunelinə bənzəməsi bu ölkənin Türkiyədən ilhamlandığını göstərir. Tunelin tikintisi və istismarından məsul olan Dalian Bay Undersea Tunnel Co., Ltd. baş mühəndisin müavini Sun Zhu deyib ki, bu əsər Çinin şimalında tikilmiş ilk dənizaltı tuneldir.

5,1 kilometr uzunluğunda olan tuneldə nəqliyyat vasitələri üçün maksimal hərəkət sürəti saatda 60 kilometrdir. Tunelin tikintisi təxminən dörd il çəkib. Tunelin əlaqə yolu bu həftənin əvvəlində nəqliyyatın hərəkətinə açılıb. Sözügedən yol Dalyan körfəzinin şimal və cənub sahillərini birləşdirir və bununla da həm nəqliyyatın hərəkətini yüngülləşdirir, həm də Dalyan şəhərinin inkişafı üçün tələb olunan ərazini genişləndirir.