Çin gizli şəkildə Rusiya neftini almağa başladı

14:31 04.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çinin özəl neftayırma zavodları Rusiya neftini böyük endirimlərlə almağa başlayıb.

Hafta.az xəbər verir ki,  “Faynenşil Tayms”ın(“Financial Times”) yaydığı məlumata görə, Rusiya Federasiyası Qərb ölkələrinin xammal alışını dayandırması və embarqoya hazırlığı nəticəsində  endirimlər etməyə məcbur olub.

Şandunqdakı özəl neft emalı zavodunun sözçüsünə görə, onlar rəsmi Pekini təmsil etdiyi güman edilən dövlət ticarət firmalarından Rusiya neftinin alınması üçün kvotanın bir hissəsini götürərək neft tədarükü üçün yeni müqavilələr imzalamaqdan imtina edirlər.

Müharibə başlayandan bəri Çin rəhbərliyi “diqqəti cəlb etməmək və ABŞ sanksiyalarına məruz qalmamaq” üçün Rusiya neft tədarükçüləri ilə müqavilələri ictimaiyyətə açıqlamayıb.