Çində günəş panelləri ilə təchiz edilmiş dam və binaların bütün sektorun indiki qlobal potensialına bərabər ola biləcəyini ortaya qoyub.
Hafta az-ın “Bloomberg”ə istinadən yazdığına görə, aparıcı istehsalçı Longi Green Energy Technology hesablayıb ki, kommersiya, ictimai və yaşayış binalarında nəzəri olaraq 1000 giqavatdan çox günəş enerjisi tutumunu yerləşdirmək üçün kifayət qədər yer var. Bu, 2022-ci ildə dünyada fəaliyyət göstərən bütün günəş batareyalarının ümumi gücünə bərabərdir. Bu Çin və Cənub-Şərqi Asiyadakı bütün ev təsərrüfatlarının cəmindən daha çox - təxminən 750 milyon evi enerji ilə təmin edə bilər.
Son illər bərpa olunan enerji istehsalını hədsiz dərəcədə gücləndirən Çin, 2022-ci ildə günəş enerjisi gücünü 51 gigavat artırıb. Bu rəqəm Mənzil və Şəhər-Kənd İnkişaf Nazirliyinin 2021-2025-ci illər arasında əldə edilməsi nəzərdə tutulan 50 giqavat əlavə güc hədəfindən çoxdur.
Plan artan günəş tutumunun zavodlarda, yaşayış evlərində və ofis binalarında quraşdırılan panellər vasitəsilə necə qarşılanacağını təsvir edir.
Daha geniş iqlim hədəflərinə çatmaq üçün sənayenin qarşısında duran mühüm problemlər hələ də var. Enerji saxlama həlləri, xərclər və şəbəkə məhdudiyyətləri (xüsusilə kənd yerlərində) texnologiyanın geniş şəkildə mənimsənilməsi üçün maneələr sırasındadır. Kənd yerlərində günəş enerjisi layihələri iqtisadi inkişafı artırmaq və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək üçün hökumətin əsas prioriteti kimi qiymətləndirilir.
Longi Yaşıl Enerji Texnologiyasının rəhbəri Zhong Baoşen deyib: “Kəndlərin canlandırılması təkcə iqtisadi inkişafı sürətləndirmək deyil, həm də kəndlilərin daha yaxşı həyat gözləntilərini qarşılamaq üçün yaşıl və aşağı karbonlu inkişafdan ibarətdir”.