Çin istehsallı animasiya 4 həftədə tarix yazdı

09:55 27.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ən böyük blokbasteri nə Marvel, nə Pixar, nə də James Cameron-dan gəldi. Dünyadakı kinosevərlər hələ bu blokbasteri bilmirlər. Çünki film heç bir ölkədə yayımlanmayıb.

Hafta.az-ın “Variety”ə istinadən yazdığına görə, Çin cizgi filmi “Ne Zha 2” 4 həftə ərzində 1,9 milyard dollar qazanaraq böyük bir kassa uğuru qazandı. Üstəlik, dünyanın ən böyük kino bazarından demək olar ki, heç bir dəstək olmadan...

Film eyni zamanda bir bölgədə ən çox gəlir gətirən istehsal oldu. Əvvəllər bu rekord 2015-ci ildə Şimali Amerikada 936,7 milyon dollar qazanan “Star Wars: The Force Awakens” filminə məxsus idi. “Ne Zha 2” bu rekordu cəmi 11 gündə qırdığı halda, “The Force Awakens” üçün bu proses 165 gün çəkdi.

Üstəlik, rekordlar bununla da bitmir: “Ne Zha 2” 2024-cü ildə 1,66 milyard dollar gəlir əldə edən “Inside Out 2”ni keçərək, bütün zamanların ən çox qazanan cizgi filmi oldu. Tezliklə bu, 2 milyard dollarlıq həddi aşan ilk animasiya olacaq.

Bütün bu nailiyyətlər hətta ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı yeni tariflər tətbiq etdiyi bir vaxtda Çində böyük qürur mənbəyinə çevrilib.

Cənubi Kaliforniya Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr professoru Stenli Rozen deyir: “İndi “Ne Zha 2” Hollivud prodüserləri ilə kassa rekordları üçün rəqabət aparır”.

Mükəmməl rəylər, Çin Yeni ili tətilinin vaxtı və artan millətçilik axını sayəsində “Ne Zha 2”nin ümumi kassasının 2,09 milyard dollara çatacağı gözlənilir.

Çinin Maoyan bilet satışı agentliyinə görə, bu rəqəm filmi bütün zamanların ən çox gəlir gətirən 5-ci istehsalı edəcək. Animasiya 2,26 milyard dollar qazanan “Titanik”i bir qədər sonra və 2,07 milyard dollar gəlir əldə edən “The Force Awakens” filmini qabaqlayacaq.

Bununla belə, bu kassa nəhənglərindən fərqli olaraq, “Ne Zha 2” uğurunu tamamilə Çin bazarına borcludur. Film Şimali Amerikada cəmi 800 kinoteatrda nümayiş olunub və təxminən 15 milyon dollar gəlir əldə edib. Bu rəqəm Çin istehsalı olan film üçün təsir edici olsa da, qlobal kassaya ciddi töhfə vermir.

Şeytani güclərə malik üsyankar bir uşağın macəralarını izah edən “Ne Zha 2”, 2019-cu ildə yayımlanan və dünya üzrə 726 milyon dollar qazanan “Ne Zha” filminin davamıdır.

2019-cu ilin “Ne Zha” filminin davamı olan fantaziya macərası baş qəhrəman Ne Zha və onun dostu Ao Binqin eyni bədəni paylaşması və Müqəddəs Lotusu geri qaytarmaq üçün apardıqları mübarizə haqqındadır.