Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

11:22 28.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.