Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı

10:14 04.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2983 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, ötən gün ərzində ölkədə 38 nəfər bu virusdan ölüb.

Onların 37-si Hubey, 1-i isə Daxili Monqolustan əyalətindəndir.

Ümumilikdə, Çin ərazisində koronavirusa yoluxanların sayı isə 80270 nəfərdir.

36432 nəfər isə koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

Eyni zamanda, 49856 nəfər sağalaraq evlərinə göndərilib.