Çinin ixrac və idxalı 5 aydır azalır

11:30 13.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kovid-19 epidemiyasından sonra Çin iqtisadiyyatının bərpası ilə bağlı narahatlıqlar artır. Çinin idxal və ixracatıdakı azalma ardıcıl 5 ay davam edir.

Hafta.az-ın yazdığına görə, Çinin ixracatı sentyabrda ötən ilin eyni ayına nisbətən 6,2 faiz azalaraq 299,1 milyard dollara düşüb. İdxal da eyni sürətlə azalaraq 221,4 milyard dollara çatıb.

Bu ilin ilk 2 ayında illik 6,8 faiz azalan Çinin ixracatı mart ayında 14,8, apreldə isə 8,5 faiz artıb və sonradan yenidən azalmağa başlayıb. Mayda 7,5, iyunda 12,4, iyulda 14,5, avqustda 8,8 faiz azalıb. Amma sentyabrda Çinin Avropa İttifaqı ölkələrinə ixracı 11, ABŞ-a 9 faiz azalıb, Rusiyaya isə əksinə 20 faiz artıb.

Çinin idxalı da sentyabrda 6,2 faiz azalıb. İdxaldakı azalma ardıcıl 8 aya yüksəlib. Ölkənin xarici ticarət profisiti də sentyabrda əvvəlki ayla müqayisədə artıb. Avqustda 68,4 milyard dollar olan xarici ticarət müsbət saldosu sentyabrda 77,7 milyard dollara yüksəlib.

Çin iqtisadiyyatındakı bu vəziyyət qlobal tələbin azalması ilə əlaqələndirilib və tənəzzül narahatlıqlarını artırır.