Çinlə Qətər arasında 27 illik böyük qaz müqaviləsi imzalanacaq

12:20 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək üçün Qətərlə daha bir onilliklər davam edən mayeləşdirilmiş təbii qaz sazişi imzalamağa hazırlaşır.

Hafta.az-ın Bloomberg-ə istinadən yazdığına göeə, China National Petroleum Corp (CNPC) çərşənbə axşamı QatarEnergy ilə ildə 4 milyon ton LNG alışını əhatə edən 27 illik müqavilə imzalayacaq.

LNG tədarükünün 2026-cı ildə başlaya biləcəyi və razılaşmaya əsasən, CNPC-nin Qətərin Şərqi Şimal Sahəsindəki genişləndirmə layihəsində yerləşən istehsal sahəsində 5 faiz paya sahib olacağı bildirilir.

CNPC şirkətinin rəhbəri Day Houlyangın bu həftə Yaxın Şərqə səfəri zamanı Qətərlə enerji əməkdaşlığını gücləndirmək niyyətində olduğunu bildirərək, əlavə təfərrüat verilməyib.

Bu günə qədər sənayedə ən uzun tədarük müqavilələrindən biri olacaq yeni LNG müqaviləsinin hər iki ölkə üçün üstünlüklər təqdim etdiyi düşünülür.

Çin artan enerji tələbatını ödəməyə kömək etmək üçün yanacağın münasib qiymətə onilliklər ərzində mövcud olmasını təmin etməlidir. Qətərin isə bu onilliyin ortalarında başlanması planlaşdırılan kütləvi istehsal artımından təbii qaz üçün alıcılara ehtiyacı var.

Bloomberg-ə danışan mənbə bildirib ki, Qətər avropalı alıcılarla da əlavə müqavilələr imzalamağa yaxındır.

Qeyd edək ki, Çin bu il dünyanın ən böyük LNG idxalçısı olmaq yolundadır və Shell əvvəllər ölkənin tələbinin 2040-cı ilə qədər iki dəfə arta biləcəyini bildirmişdi. Digər tərəfdən, ölkənin öz  bölgələrində aparılan qazma işlərinin xaricdən tədarükdən asılılığı azalda biləcəyi bildirilir.