“Cıyın” Ansamblı Krım küləyini Daşkənddə əsdirib

09:10 24.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Krım tatarları və bir çox türk xalqının gecə-gündüz bərabərliyindən dərhal sonra qeyd etdiyi “Məhsul bayramı” olaraq da bilinir. Bərəkətin simvolu olan Dərvizə bayramı Özbəkistanda coşqu ilə qeyd olunub.

Hafta.az-ın yazdığına görə, Krım Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyinin musiqi və rəqs qrupu “Cıyın” Ansambli Daşkənddə səhnəyə çıxıb. “Cıyın” Ansamblı Krım Dərnəyi, Krım Vəqfi, Şefika Qaspıralı Beynəlxalq Qadınlar Birliyi və Emel Kırım Vəqfinin qatıldığı Dərvizə Festivalında ənənəvi geyimlərində ifa etdikləri Krım Tatar rəqsləri ilə böyük rəğbət qazanıb.

Cıyın Ansamblının uğurlu çıxışını Özbəkistan Krım Tatar Avdet Dərnəyinin Kaytarma komandası müşayiət edib. Kayratma, Ağır Ava və Tım Tım kimi ənənəvi Krım tatar rəqslərini ifa edən komanda bayram boyu diqqət mərkəzində olub.

Krım tatarları və bir çox türk xalqı üçün mühüm məhsuldarlıq bayramı olan və hər il payız bərabərliyindən sonra qeyd olunan “Məhsul bayramı” kimi də tanınan Dərvizə festivalı əkinçilik işlərinin bitməsi və soyuq havaların yaxınlaşmasını simvollaşdırır.

Əvvəllər türk toplumlarının coşqu ilə qeyd etdiyi Dərvizə-dən əvvəl qadınlar evlərini, bağçalarını təmizləyərək bayrama hazırlaşırdılar. Dərvizə səhər namazı ilə başlayır və adətən nəzir edilirdi. Məhsulun keyfiyyəti ələk yuvarlanaraq müəyyən edilir, ələk başıaşağı düşsə, yaxşı məhsul deməkdir.

Həmçinin Dərvizə şənliklərində ənənəvi güləş və at yarışları kimi müxtəlif tədbirlər təşkil olunub. Toplanma yerlərində təşkil edilən yarmarkalarda yerli əhali bir araya gələrək əylənir, yarışlarda iştirak edərdilər. Bayramların ən mühüm elementlərindən biri olan rəqslər cəmiyyətin birliyini simvolizə edir.

Dərvizə bayramı həm də toy mövsümünün başlanğıcını simvolizə edir. Lakin bu gün Hıdırəlləz şənliklərinin geniş yayılması Dərvizə adət-ənənələrini get-gedə azaldıb və bu bayram unudulub.

Krım tatarları məsələsində Dərvizə tarix boyu mədəni kimliyin və ictimai həmrəyliyin mühüm bir parçası olub.