COP29 ərəfəsində bu təzyiqlərin daha da intensivləşməsi təsadüfi deyil - Natiq Miri

16:44 14.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qərb hər zaman başqa bir ölkəyə təzyiq etmək istəyirsə, orada mövcud olan problemləri “demokratiya və insan haqları” kontekstində təqdim edir. Bu gün bu siyasət Azərbaycana qarşı yönəlib”.

Bunu hafta.az-a politoloq Natiq Miri Qərbin, Avropanın Azərbaycana qarşı yönələn qərəzlərinin arxasında dayanan maraqlara diqqət şəkərkən bildirib.

N.Miri bildirib ki, ən yüksək inkişaf etmiş ökələrdə belə həllini gözləyən problemli məsələlər olur. Bu, təbii ki, Azərbaycanda da var. Azərbaycan Qərbin məlum təsisatlarının əlinə bəhanə verməmək üçün bu yöndə olan problemlərin aradan qaldırılmasına çalışır.

“Bütün hallarda ortada Qərbin, Avropanın ikilistandartlı yanaşmalar var. Çünki Qərbin düz göbəyində olan Fransanın öz insanına hansı münasibət sərgilədiyini dəfələrlə görmüşük. Sarı jiletlilərin etirazları zamanı Fransa hakimiyyətinin insanların gözünün çıxarılmasına, öldürülməsinə qədər prosesləri müşahidə etmişk. Ancaq Qərb buna münasibət bildirmir, gözünü yumur”.

N. Miri hesab edir ki, Azərbaycana qarşı təzyiqlərin məhz COP29 sammiti ərəfəsində daha da intensivləşməsi təsadüfi deyil. Onun fikrincə, Qərb, Avropa təsisatları bu beynəlxalq tədbirdən istifadə edərək, Azərbaycanın imicinə zərbə vurmaq istəyir. Elə hesab edirlər ki, Azərbaycan beynəlxalq aləmdə nüfuzunu itirməmək üçün onların istədiklərini edə bilər.

“COP29 qlobal bir aksiyadır. Bütün dünya dövlətlərinin marağında olan və içtirakçısı olduğu bu konfrans Azərbaycanın qlobal səviyyədə nüfuzunun artmasına təkan olacaq. Ona görə də Azərbaycanı müxtəlif yanlardan aşağılamaqla dövləti, hakimiyyəti nüfuzdan salmaq istəyirlər. Bu düşünülmüş proqram üzrə baş verir. Bir tərəfdən kriminal erməni maliyyəsi ilə hərəkət edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Okampo, digər tərəfdən onun hazırladığı layihə çərçivəsində Avropada, ABŞ, Ermənistanda bu məsələləri beynəlxalq ictimaiyyətə daşıyan QHT-lər var ki, hər gün bunu gündəmə gətirirlər. Əsas vurğu isə guya Qarabağda “etnik təmizləmə” və “erməni hərbçilərin Azərbaycan həbsxanasında çürüməsi"dir. Onlar bu iddialarla cinayətkarları həbsdən çıxarmaq istəyirlər. Düşünürlər ki, COP29 ərəfəsində təzyiqər etsələr Azərbaycan güzəştə gedə bilər. Okampo bu qayəsini gizlətmir. Açıq şəkildə deyir ki, COP29 ərəfəsində bu məsələni qabartmaq lazımdır ki, Azərbaycan güzəştə getsin”.

N.Miri hesab edir ki, Qərbin məlum təsisatlarının mümayəndlərinin bu gözləntiləri əbəsdir. Onun sözlərinə görə, Azərbaycan cinayətkarlara güzəştə gedən deyil. Çünki ödənəcək bədəl var. 30 il Azərbaycan xalqına çəkdirilən müsibətlərin bədəli ödənməlidir.