COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:41 15.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 705 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 816 346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 842 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973392 təşkil edir.