Daha 2 qadın güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

11:00 12.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında bu gün Azərbaycanın daha 3 qadın təmsilçisi mübarizəyə başlayacaq.

Hafta.az xəbər verir ki, Nərgiz Səmədova (53 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) xalça üzərinə çıxacaqlar.

Həmçinin Gültəkin Şirinova (55 kiloqram) finalda macarıstanlı Gerda Tereklə, Günay Qurbanova (59 kiloqram) isə Belarus təmsilçisi Marta Hetmanava ilə münasibətlərini aydınlaşdıracaq.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması yarışda 1-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb və komanda hesabında ikinci olub.