Daha 236 mina aşkarlanıb

15:20 08.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, avqustun 1-dən 6-na qədər qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 204 piyada əleyhinə mina, 32 tank əleyhinə mina və 29 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 697 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxunma sayı 161
Gündəm rubrikasından digər xəbərlər