Daha bir marşrut xətti kart sisteminə keçdi

13:48 28.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

 

- Zabrat qəs. Nərimanov 23

- Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)

- Sadiq Cəfərov 26, Zabrat

- Babək 336, Zabrat

- Oktyabr küç. Zabrat

- Sabunçu qəs. Şəhər şosesi